Yuxarı

Şah türbəsini dünyanın ən güclüləri qoruyacaq – Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şah türbəsini dünyanın ən güclüləri qoruyacaq – Qərar

Türkiyənin Suriya ərazisində yerləşən Süleyman Şah türbəsinə ola biləcək hücum ehtimalı türk ordusunu hərəkətə gətirib.

Axar.az xəbər verir ki, bundan sonra türbəni ordunun xüsusi təyinatlı qüvvələri qoruyacaq.

Hücum olduğu təqdirdə dünyanın ən güclü xüsusi təyinatlı qüvvəsi hesab olunan "Bordo Berelilər"müdaxilə edəcək.

Xatırladaq ki, Türkiyənin "Bordo Berelilər" xüsusi təyinatlılarının əsgərləri 3 il yarımlıq bir vaxt ərzində yetişdirilir. Bu müddət ərzində dərs alan təyinatlılar qaçış, paraşütlə tullanma, təhlükəli manevrlər, sualtı hərəkət, cəld nişanalma, ən çətin şəraitdə uzun müddət yaşama, düşmən qüvvələrini səssiz məhv etmək və kəşfiyyat məlumatlarının əldə edilməsi kimi mühüm hərbi xüsusiyyətlərinə görə dünyada ilk sıradadır.

2011-ci ildə 26 ölkənin xüsusi təyinatlılarının iştirakı ilə Almaniyada keçirilən "Dünya Xüsusi Qüvvələri" çempionatında tarixi bir uğura imza atan "Bordo Berelilər" ABŞ-ın dünyaca məşhur "Rangers" və "Delta Force" təyinatlılarını geridə qoymuşdu.

Tarix
2014.10.06 / 21:42
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla