Yuxarı

İslamı qəbul edən amerikalı edamını gözləyir - İŞİD

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslamı qəbul edən amerikalı edamını gözləyir - İŞİD

ABŞ ordusunun keçmiş sıravi əsgəri, İndianapolisdə doğulmuş Kessinq 2013-cü ilin oktyabrında Suriyada silahlı qruplaşmalar tərəfindən girov götürülüb.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, o, humanitar təşkilatlardan birinin əməkdaşı olub və ərzaq, dava-dərmanların çatdırılması ilə məşğul imiş.

26 yaşlı amerikalı girov Piter Kessinqin valideynləri bu gün oğullarının əsirlikdən göndərdiyi məktubun mətnini ictimaiyyətin diqqətinə çatdırıblar. Məktubda göstərilir ki, İŞİD-çilər əvvəllər amerikalını edamla hədələyiblər. Kessinq yazır ki, əsirlikdə islamı qəbul edib və adı Əbdül Rəhmandır, müsəlman adət-ənənələrinə riayət edir. Lakin etiraf edib ki, bütün bunlara baxmayaraq, silahlılar onu da digər girovlar kimi hər an qətlə yetirə bilərlər.
"Mən təbii ki, ölməkdən qorxuram, ancaq ən pisi isə budur ki, heç nə bilmirsən, ehtimal edirsən, ümid edirsən və yenə ehtimal, güman. Və ümumiyyətlə, ümid etməyə dəyərmi?" - Kessinq yazır. - Əgər ölsəm, heç olmasa, onunla təsəlli tapın ki, mən bura ehtiyacı olanlara yardım etmək üçün gəlmişdim".

Qeyd edək ki, girovun atası Ed Kessinq də humanitar təşkilatlarda çalışıb. Onun oğlu da humanitar təşkilatlarda işləməklə ailə ənənəsini davam etdirib.

Tarix
2014.10.06 / 23:17
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla