Yuxarı

Şok: İŞİD-in “Qorxunc komandiri” Fransa generalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: İŞİD-in “Qorxunc komandiri” Fransa generalıdır

İŞİD-in öndə gedən komandirlərindən birinin Fransa generalı olduğu ortaya çıxıb.

Axar.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, adıçəkilən general İŞİD-ə bütün Qərb döyüş taktikalarını öyrədir.

Avropanın müxtəlif ölkələrinin kəşfiyyat orqanlarının verdiyi məlumata görə, adı gizli saxlanılan bu general bir neçə ay bundan öncə İŞİD sıralarına qatılıb. Kimliyi barədə məlumat verilməsə də, bu şəxsin ABŞ və İngiltərədə xüsusi hərbi təhsil aldığı bildirilir.

İŞİD daxilində və bölgədə xüsusi çəkiyə malik olduğunu deyən kəşfiyyat orqanları bu generalın ərəb olduğunu bildirib:

"Əslən ərəbdir. Buna görə ərəb dilində səlis danışır. Eyni zamanda, Fransa ordusunun tərkibində Əfqanıstanda partlayıcı maddələr üzrə mütəxəssis vəzifəsində çalışıb. Hazırda İŞİD birliklərinə Qərb döyüş taktikalarını öyrədir".

Fransa ordusunun tərkibində dəfələrlə xüsusi tapşırıqlı əməliyyatları uğurla yerinə yetirən bu şəxsin fitri istedada malik olması, xidmət dövründə Fransa hakimiyyətinin bir çox medalları ilə təltif olunduğu bildirilir.

Qəzetin verdiyi məlumata görə, bir müddət öncə Rusiya xüsusi xidmət orqanları bu generalın izinə düşüb:

"O Fransa ordusuna uzun illər xidmət edib. Ölkənin bir çox tanınmış yüksək rütbəli hərbçiləri ilə yaxşı münasibətləri var. Amma sonradan İŞİD-ə qoşuldu. Buna görə də ABŞ qüvvələri İraqda onu öldürmək üçün xüsusi tapşırıqlı əməliyyat keçirdilər, ancaq buna müvəffəq ola bilmədilər. O hələ də yaşayır".

Bəzi kəşfiyyat orqanları isə bu şəxsin İŞİD daxilində Fransaya xidmət etdiyini iddia edir:

"İŞİD-in Suriyada, daha sonra İraqda fəallaşmasından sonra Avropa dövlətləri öz kəşfiyyatçılarını bu təşkilata sızdırıb. Bu yolla bir çox əhəmiyyətli məlumatlar əldə edilir. Fransızlar bu şəxs vasitəsi ilə İŞİD-in siyasəti və planları ilə bağlı öncədən məlumatlandırılır. Təsadüfi deyil ki, bu ilin sentyabrın 25-də paytaxt Parisdə yerləşən Yenisey sarayında Fransa kəşfiyyat xidmətinin (DGSE) başçısı Bernard Bajolet məhz bu şəxsin verdiyi məlumatlar əsasında prezidentə, Baş Qərargah rəisinə və Müdafiə nazirinə hesabat verib".

İspaniyanın "Əl Pais" qəzeti isə bu şəxsin İŞİD tərkibində 1600-ü avropalı olmaqla 1700 nəfərdən ibarət legioner orduya komandanlıq etdiyini irəli sürüb.

Qəzet fransız generalın komandanlıq etdiyi bu ordunun İraqın Mosul, Kərkük, Ramadi, Mumbuc, Deyr əz-Zor kimi şəhərlərinin işğal olunmasında müstəsna xidmətləri olduğunu iddia edib.

Qəzetin verdiyi məlumata görə, "Qorxunc komandan" indi də Kobaniyə hücum etməyə hazırlaşır.

Tarix
2014.10.08 / 11:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla