Yuxarı

Bərzani: “Türkiyə bizə silah yardımı etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzani: “Türkiyə bizə silah yardımı etdi”

İraq-Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani Türkiyənin kürd rəhbərliyinə silah yardımı etdiyini, lakin bunun gizli saxlandığını etiraf edib.

Axar.az xəbər verir ki, rəsmi Ankaranın bu yardımının bəzi səbəblərə görə gizli saxladığını deyən Bərzani ilk yardımın İrandan gəldiyini açıqlayıb:

"Həqiqəti söyləmək lazımdır. İŞİD hücumları başladığı ilk gecədə İran iki təyyarə silah göndərdi. Bu, o zaman üçün çox böyük yardım idi. Daha sonra Türkiyə silah yardımı etdi. Amma Türkiyədə prezident seçkiləri ərəfəsi olduğu üçün bu proses bir qədər gizli saxlandı və bizdən də xahiş edildi ki, bu barədə danışmayaq. Çünki İŞİD-in əlində türk girovları var idi".

Türkiyəni özlərinə dost olaraq gördüyünü deyən kürd lider müstəqillik məsələsində Türkiyənin tutduğu mövqedən xəbərsiz olduğunu deyib:

"Müstəqillik mövzusu başqa bir mövzudur. Onu deyə bilərəm ki, bu mövzuda Türkiyə və başqa ölkələrin münasibətinin necə olacağını bilmirəm. Əlimizdə Türkiyənin İŞİD-i ​​dəstəklədiyinə dair faktlar yoxdur. Amma görürük ki, dövlətlərin siyasətində kəsişmə var. Mən bu dolaşıq əlaqələrə girmək istəmirəm. Kürdüstan olaraq bölgədə ölkələr arasında yaranan ixtilaflar və çəkişmələrdən uzaq bir cəmiyyət istəyirik".

Tarix
2014.10.14 / 13:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır: Hərbi əməliyyata hazırlıq başladı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla