Yuxarı

Prezident Rusiya ilə dostluğa son qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Rusiya ilə dostluğa son qoydu

Ukrayna Prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu haqda dövlət başçısı Tvitter hesabında bildirib.

Qeyd edək ki, dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul edib. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu ili 1 aprel tarixindən dostluq müqaviləsi qüvvədən düşür.

Xatırladaq ki, iki dövlət arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsi 1997-ci ildə imzalanıb. Sənəd qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığı, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti, mübahisələrin sülh yolu ilə nizamlanmasını, güc və ya iqtisadi də daxil olmaqla, təzyiqin başqa üsullarının tətbiq edilməməsini nəzərdə tuturdu.

Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.

Tarix
2018.12.10 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla