Yuxarı

Qorxunc səslərin gəldiyi ən qəribə məkan - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorxunc səslərin gəldiyi ən qəribə məkan - Foto

Cin məclisi adlı arxeoloji mağara Oman Sultanlığının şimal-şərq bölgəsində, Kiryat vilayətinin Fins kəndi yaxınlığında, Hacar dağ massivinə mənsub olan Bani Caber yüksəkliyi, Salmah yaylası ərazisində yerləşir.

Musavat.com-un məlumatına görə, 1938-ci ildə su araşdırmaları zamanı kəşf edilən Cin məclisi, dünyada ən geniş iç qübbəyə malik yeganə mağaradır. Mağaraya giriş sadəcə, tavandan mümkündür. Mağaranın toplam 3 girişi var. Girişlərin hər birindən mağaraya enmək üçün 200 metrlik iplərdən istifadə olunur.

58 min kvadrat metr sahəsi olan mağaranın özəlliyi isə onun 3 giriş dəliklərindən içəri daxil olan Günəş şüalarının verdiyi gözəllikdir.

Küləkli havalarda isə mağaranın dəliklərindən uğultulu, qorxunc səslər eşidilir. Yerli sakinlərin inancına görə, bu qorxunc səslər məhz mağarada dolaşan müəmmalı varlıqların səsləridir.

Kəndin yaşlı insanları şər qarışan vaxtda, xüsusilə gecələr mağaraya tərəf getməyi məsləhət görmürlər. Kəndin yaşlı sakinlərinin dediklərinə görə, hələ qədim zamanlarda "cinlərlə təmasda olmaq istəyənlər" 40 gün müddətində bu mağarada tək yaşayırlarmış.

Mağara səhralıq bir yerdə olsa da, içəridə maksimum 15 dərəcə istilik olur.

Çöldə havanın temperaturu 40 dərəcəyə çatsa belə, mağarının standart dərəcəsi dəyişməz olaraq qalır.

Mağaranın çevrə divarlarının qalınlığı 40 metrəyə yaxıdır. Bu da mağaranın qızmasını əngəlləyir.

Bu mağarını daha çox adrenalin həvəskarları ziyarət edirlər. Mağaraya bir çox insanlar enə bilməsələr də üzərindəki dəliklərdən içərini izləyə bilirlər.

Tarix
2018.12.16 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla