Yuxarı

Tramp bu divara görə hər həftə 1.2 milyard itirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp bu divara görə hər həftə 1.2 milyard itirir

ABŞ Prezidenti Donald Tramp və demokratlar arasında ölkənin cənub sərhədlərinin təhlükəsizliyi məsələsində baş verən fikir ayrılığı tarixdə ən uzunmüddətli hökumət bağlanması ilə nəticələndi.

Axar.az xəbər verir ki, iqtisadçı ekspertlər hökumətin bağlanmasının bir qədər də davam edəcəyi halda ABŞ-ın itirdiyi vəsaitin Meksika ilə sərhəddə divar tikintisi üçün tələb olunan 5.7 milyard dollardan artıq olacağını bildirib.

Trampın planına əsasən, 5.7 milyard dollar hesabına başa gələcək divar Meksikadan gələn miqrant axınının qarşısını almalıdır. Demokratların bir qrupu isə hətta Trampın divarın bütün sərhəd boyu deyil, yalnız kritik əhəmiyyətə malik ərazilərdə tikilməsinə razılaşmasından sonra belə qətiyyətlə belə bir plana qarşı çıxır.

“S&P Global” şirkətinin analitiki Bet Enn Bovinonun hesablamalarına görə, ABŞ orta hesabla həftə ərzində hökumətin fəaliyyətinin dayanması səbəbindən 1.2 milyard dollar itirir. Beləliklə, ötən 4 həftə ərzində ümumi itkinin məbləği 5 milyarda yaxınlaşır. Növbəti həftədə isə bu rəqəm divar tikintisi üçün lazım olan 5.7 milyard dollardan artıq olacaq.

Ekspertlərin fikrincə, ABŞ-ın bu vəziyyətdən yaxın günlərdə yaxa qurtarması da mümkün deyil. Çünki nə demokratlar, nə də Tramp qarşı-qarşıya gəldikləri bu məsələdə kompromisə getmək istəyir.

Qeyd edək ki, ABŞ-da hökumət fəaliyyətini 22 dekabrda dayandırıb.

Tarix
2019.01.22 / 10:05
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla