Yuxarı

Türkiyə təhlükədə: ABŞ kürdlərə silah yardımını artırır - SOS

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraq Kürd Muxtar Vilayətinə silah verilməsini artırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, Konqresdə kürdlərə hərbi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində hərbi yardımın göstərilməsində Bağdaddan icazə almağa gərək olmadığı vurğulanıb. Layihə çərçivəsində kürdlər tank əleyhinə silahlar, uzaq məsafəni vura bilən artilleriya qurğuları, naviqasiya sistemləri və digər ağır texnikalar alacaq.

Qeyd edək ki, peşmərgə bu ilin avqustundan etibarən Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi proqramı əsasında hərbi yardım alır. Ekspertlər kürdlərin bu tərzdə sürətlə silahlanmasının bölgə üçün təhlükəli olduğunu deyirlər. Onlar bu cür silahlanmanın gələcəkdə müstəqil kürd dövlətinin yaranmasına, həmçinin Türkiyənin cənub şərqində kürdlərin aktivliyinin artmasına səbəb olacağını bildirirlər.

Onu da xatırladaq ki, Konqresin Nümayəndələr Palatası artıq məsələ ilə ağlı Obama administrasiyasına səlahiyyət verib. Hazırda məsələnin Konqresdə təsdiqlənməsi nəzərdə tutulur.

Tarix
2014.11.21 / 14:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla