Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran bağlandı
11:36
| Ana səhifə Planet |
|
BMT Livan ordusunun ölkənin cənubunda güclənməsində maraqlıdır.
Axar.az xəbər verir ki, bunu Livanın rəhbər şəxsləri ilə görüşü zamanı BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan Piyer Lakrua deyib. Lakrua Livanın rəhbər şəxsləri ilə həmçinin BMT-nin bu ölkədəki müvəqqəti qüvvələri (UNİFİL) ilə Livan ordusu arasında əməkdaşlığın artırılmasını müzakirə edib.
O, UNİFİL-in Livan ordusuna ölkənin cənubunda güclənməsi üçün yardım etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Livanın cənub hissəsində Hizbullah nüfuz sahibidir.
|
Tarix
2019.03.19 / 15:20
|
Müəllif
İlkin Həsənov
|