Yuxarı

Türkiyə üçün Suriya ilə bağlı tarixi fürsət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün Suriya ilə bağlı tarixi fürsət

İndi Suriya ilə Türkiyənin münasibətləri yoluna qoymasının əsl vaxtıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ABŞ-dakı sabiq səfiri Faruk Loğoğlu ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlamasını şərh edərkən deyib. O, Trampın açıqlamasını “çox təhlükəli çıxış” adlandırıb:

“Trampın bu açıqlaması vəzifəyə gəldiyindən bu günə qədər ətrafa saçdığı dəhşətin və dünya nizamını pozmaq cəhdlərinin yeni bir halqasıdır. Çünki bu, BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsinə ziddir. Bu, bölgədə çox dəhşətli və yeni gərginliklərə səbəb olacaq.

Hazırda Suriya bəlkə də zəif vəziyyətdədir. Amma vəziyyət düzələndə İsrail də bu yöndə addım atdığı təqdirdə Suriya buna qarşılıq verəcək. Təbii ki, Suriya bu zaman yalnız olmayacaq, yanında başqa ölkələr də olacaq. Məsələn, İran, bəlkə də bəzi ərəb ölkələri”.

Türkiyə Prezidenti və XİN başçılarının Suriyanın ərazi bütövlüyü ilə bağlı verdikləri açıqlamaları doğru hesab edən Loğoğlu bu məqamda ölkəsinin bəzi addımlar atmalı olduğunu bildirib:

“Suriyanın ərazi bütövlüyünü dəstəklədilər. Bu, tamamilə doğru və yerində bir qərardır. Suriyanın ərazi bütövlüyünü sözlə dəstəklədiyimiz kimi, Türkiyənin Dəməşq rəhbərliyi ilə yenidən münasibətlər quraraq bu sözün arxasında faktiki olaraq dayandığını göstərməsi lazımdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qolan yüksəkliklərində İsrailin suverenliyinin tanınması istiqamətində addımlar atmalı olduqlarını deyib.

Tarix
2019.03.23 / 09:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla