Yuxarı

Parlamentdə şok: Transgender çıxış etdi, Zöhrabyan... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlamentdə şok: Transgender çıxış etdi, Zöhrabyan... - Video

Ermənistan parlamentində yenidə insident yaşanıb.

Axar.az xəbər verir ki, buna səbəb “İnsan haqlarının milli gündəmi: BMT-nin periodik monitorinqi” mövzusundakı dinləmələrdə “Sağ Tərəf” təşkilatının rəhbəri qadın-transgenderin çıxış etməsi olub.

Çıxışı zamanı Martirosyan inqilabdan sonrakı Ermənistanın parlamentinin tribunasında çıxış etməkdən qürur duyduğunu bildirib. O, Ermənistanın gender bərabərliyinin təmini üçün üzərinə öhdəliklər götürməsi gərəkdiyini, bir sıra qanuni dəyişikliklər etməli olduğunu deyib.

Tribunadan çıxış edən şəxsin transgender olmasını bildikdən dərhal sonra Ermənistan parlamentinin İnsan Haqları və İctimai Məsələlər üzrə Daimi Komissiyasının rəhbəri Naira Zöhrabyan şoka düşüb. Əsəbiləşən Zöhrabyan transgenderi tənqid edərək, dinləmələrin məhkəmə-hüquq reformları, uşaq və əlillərin hüquqlarına aid olduğunu, Martirosyanın çıxışının isə gündəmi pozduğunu bildirib.

Bundan sonra parlamentdəki deputatlar Zöhrabyanın bu tənqidini alqışlayıblar. Martirosyan isə bunun diskriminasiya aktı olduğunu dedikdən sonra Zöhrabyan onun zalı tərk etməsini istəyib. Nəticədə transgender yerindən qalxaraq özünün azsaylı tərəfdarı ilə birgə iclas zalını etiraz olaraq tərk edib.

Tarix
2019.04.06 / 12:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla