Yuxarı

Ərdoğan Rusiyaya getdi: Putinlə bunları danışacağıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Rusiyaya getdi: Putinlə bunları danışacağıq

Rusiya ilə əməkdaşlığımız hər ötən gün daha da güclənərək davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Moskva səfəri öncəsi hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“2010-cu ildə yaradılan Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları davam etməkdədir. Bu toplantı ilə cənab Putinlə ilin əvvəlindən etibarən üçüncü dəfə üz-üzə görüşəcəyik. İkitərəfli münasibətləri dəyərləndirəcəyik. Suriya başda olmaqla regional və qlobal yenilikləri müzakirə edəcəyik. Ticarətdən tutmuş turizmə qədər bütün sahələrdə əlaqələrin inkişafı gedir. Ticarət həcmimiz ötən il 15 faiz artaraq 26 milyard dollara çatıb. Bu rəqəmdən daha yüksək potensiala sahib olduğumuza inanıram. Ziyarət çərçivəsində cənab prezidentlə iqtisadi münasibətləri inkişaf etdirmək yollarını müzakirə fürsətimiz olacaq. Bundan əlavə ölkəmizdə və Rusiyada investisiyası olan, investisiya qoymağı planlaşdıran iş adamları ilə də görüşəcək, cənab Putinlə iş adamlarına xitab edəcəyik. Vizasız rejim də gündəmimizdə dayanır. Bu məsələnin bütün vətəndaşlarımıza şamil olunacaq şəkildə genişləndirilməsi hədəfimizdir. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci toplantısının ikitərəfli münasibətlərimizdə yeni üfüqlərə yol açacağına inanıram”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan bu gün Rusiyaya səfər edib.

Tarix
2019.04.08 / 11:54
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla