Yuxarı

Ermənistan ordusunda çaxnaşma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda əsgərlərin ehtiyata buraxılması dayandırılıb.

ANS press-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Xəbərdə bildirilir ki, 2012-ci ilin noyabr-dekabr aylarında həqiqi hərbi xidmətə çağırılanlar xidmət müddətini başa vursalar da, ordudan ehtiyata buraxılmayıblar. Bu isə həmin əsgərlərin ailələrində narazılıqlara səbəb olub.

Onların sözlərinə görə, orduda əsgərlərin ehtiyata buraxılmasının səbəbi onları əvəz edəcək yeni çağırışçıların sayındakı çatışmazlıqlardır. Bundan başqa, əhali qorxuya düşüb ki, ordu yeni müharibəyə hazırlaşır. Ona görə də gənc ermənilər orduya getməkdən çəkinirlər. Məhz bu da yeni çağırışçılarla bağlı çatışmazlıqlar yaradıb. Orduda xidmət edənlər də ehtiyata buraxılmaq istəyirlər.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan bildirib ki, əsgərlərin ehtiyata buraxılmasının dayandırılmasının səbəbi yeni çağırışçıların sayında olan çatışmazlıqlarla bağlı deyil: "Həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlər bir-iki həftəyə evə buraxılacaqlar".

Tarix
2014.12.08 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla