Yuxarı

Ermənilər təşvişdə: Qarabağda təlimlərə başladılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər təşvişdə: Qarabağda təlimlərə başladılar

Dağlıq Qarabağda separatçı rejim komanda-qərargah təlimlərinə start verib.

Axar.az xəbər verir ki, təlimə 10 minə qədər hərbçi cəlb edilib. Təlimdə həmçinin 200 artilleriya sistemi, 150 zirehli texnika, 50 hava hücumundan müdafiə sistemi, 400 avtotexnikanın iştirakı nəzərdə tutulub.

Separatçı rejim təlimdə xüsusilə gecə şəraitində praktik tapşırıqların icrasına və yeni taktiki variantların hazırlığına diqqət yetirəcəyini bildirib. Təlimdə yeni hərbi texnikanın sınaqdan keçiriləcəyi bildirilsə də, bunun hansı texnika olduğu açıqlanmayıb. Üstəlik qondarma rejim yaydığı bəyanatda sınaqdan çıxarılacaq texnikanın Rusiyanın Ermənistana verdiyi silahlar olub-olmayacağına da aydınlıq gətirməyib.

Qeyd edək ki, təlim iyunun 20-nə qədər davam edəcək.

Bundan öncə Azərbaycanda Türkiyə-Azərbaycan ordularının iştirakıyla genişmiqyaslı təlimlər keçirilmişdi. Müştərək hərbi təlim İrəvanda təşvişə səbəb olmuşdu.

Tarix
2019.06.17 / 14:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla