Yuxarı

Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb. Görüşün nəticəsi olaraq prezidentlər yaxın vaxtda “Normand formatı” ölkələrinin xarici siyasət müşavirlərinin görüşü barədə razılıq əldə ediblər.

“Bizim xarici siyasət müşavirlərimiz yaxın vaxtda görüşəcəklər və liderlərin növbəti görüşünü hazırlayacaqlar”, - Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, “Normand formatı” üzrə danışıqların bərpası üçün əsas şərt atəşkəsə nail olunması və Donbasdakı qüvvələrin çıxarılmasıdır.

“Mənim fikrimcə, konkret addımlar əsirlərimizin azad edilməsi, Ukrayna dənizçilərinin qaytarılması, atəşkəs əldə edilməsidir. Bu addımlar çətin deyil, lakin təcilidir. Biz bunları yaxın vaxtda edə bilərik. O zaman biz “Normand formatı”na və bu ciddi münaqişənin həllinə qayıdacağıq”, - Zelenski söyləyib.

Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron da ölkəsinin “Normand formatı” görüşünü keçirməyə hazır olduğunu açıqlayıb.

“Vaxtı çatanda öhdəliklərimizi yerinə yetirmək üçün görüşü keçirməyə hazırıq. Buna qədər isə öhdəliklərin yerinə yetirilməsinin təsdiqi üçün müəyyən addımlar atılmalıdır”, - Makron qeyd edib.

Tarix
2019.06.17 / 23:07
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla