Yuxarı

Çində güclü zəlzələ: 12 nəfər öldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində güclü zəlzələ: 12 nəfər öldü - Foto

Çinin Siçuan vilayətində baş verən 6 bal gücündə zəlzələdə ölənlərin sayı 12-yə çatıb, 122 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Axar.az xəbər verir ki, İbin şəhərində iyunun 17-də yerli vaxtla 22:55-də ilk təkan qeydə alınıb. Şəhər fövqəladə halların idarəedilməsi bürosundan verilən məlumata əsasən, şəhərin Çannin, Qonsian, Qaosian qəzalarında növbəti iki saat ərzində 8 yeraltı təkan baş verib. Zəlzələ vilayətin inzibati mərkəzi olan Çendu şəhərində və Çunçin bələdiyyəsi ərazisində də hiss olunub.

Təbii fəlakət bölgəsinə mülki müdafiə qüvvələri cəlb olunub. Evləri zərər görən sakinlər müvəqqəti çadırlarda yerləşdiriliblər. Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır. Bəzi yerlərdə avtomobil yollarında hərəkət məhdudlaşdırlıb.

Çin Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub.

Qeyd edək ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Bölgədə 2008-ci ildə baş verən zəlzələ 69 min nəfərin ölümü ilə nəticələnib.

Tarix
2019.06.18 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla