Yuxarı

İmamoğlunun Ərdoğanla bağlı verilən şok suala - Cavabı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun Ərdoğanla bağlı verilən şok suala - Cavabı

İstanbulun yeni bələdiyyə rəhbəri Əkrəm İmamoğlu CNN telekanalında İran əsilli məşhur Britaniya jurnalisti Kristian Amanpurun suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, sualların arasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana aid sorğular da olub:

"Hər şeyin çox gözəl olacağını dediniz, ümidli və fərqli şüarla çıxış etdiniz. Amma vəziyyətin gözəl olmayacağı yönündə bir qayğınız varmı? Seçkini təkrar keçirən və partiyası ikinci dəfə məğlub olan prezident Ərdoğan üçün bu böyük bir aşağılamaydı. Onun planlarınıza müdaxilə edib-etməyəcəyini düşünürüsüzmü?"

Suala cavabda Əkrəm İmamoğlu bildirib ki, millətin iradəsi qarşısında hər hansı kəsin və ya fərdin dayana bilməyəcəyini 23 iyun seçkisi göstərdi:

"Ərdoğan 1 il öncə seçildi, qarşıda 4 ili var. Mənimsə 5 ilim var. Bunun bir xidmət yarışına çevriləcəyini, yaddaşlarda müsbət iz buraxacağını düşünürəm. Mənim gözləntim hörmətli Ərdoğanın bu çağrışımıza cavab verəcəyi yönündədir".

Aparıcının digər sualı vaxtilə İstanbul Bələdiyyəsinin sədri olmuş Rəcəb Tayyib Ərdoğanın fəaliyyətindəki korrupsiya halları ilə bağlı araşdırma aparılıb-aparılmayacağı istiqamətində olub.

Əkrəm İmamoğlu bu sualı belə cavablandırıb:

"Mən özümün və ya partiyamın qələbəsindən çox Türkiyənin qələbəsini düşünürəm. Qapalı qapılar arxasında görəcəyim bir işim yoxdur. İstanbuldakı mənfi hallar insanların mənafeyinə zidd olarsa, təbii ki, bunları düzəltməyə çalışacağıq.

Amma prosesin necə gedəcəyi hüquq-mühafizə orqanlarına aiddir, bizim işimiz deyil".

Müsahibə dünən axşam CNN İnternational və PBS televiziya kanallarında yayımlanıb.

Tarix
2019.06.27 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

Əliyev və Paşinyan bu nüfuzlu mükafata layiqdir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla