Yuxarı

Nikol Xocalı qatilini qondarma rejimə rəhbər gətirmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol Xocalı qatilini qondarma rejimə rəhbər gətirmək istəyir

İrəvan Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyanı qondarma Qarabağ rejimindəki “prezident seçkisində” namizəd etmək istəyir.

Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.

“Hazırda Ermənistanın baş inspektoru olan Movses Akopyan Ermənistan hökuməti və şəxsən Nikol Paşinyanın qondarma Qarabağ rejimində baş tutacaq “prezident seçkisində” dəstəklədiyi namizəd ola bilər. Paşinyan anlayır ki, Vitali Balasanyan və onun ətrafındakı generallar üzərində qələbəni yalnız onlardan qorxmayan şəxs qazana bilər”, – deyə o bildirib.

Qeyd edək ki, Movses Akopyanı Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə Serj Sərkisyan təyin edib. Sərkisyanın adamı olan Akopyanın müəyyən dövrlərdə onunla əlaqələrində gərginlik yaranıb. Akopyan bu vəzifədən Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra çıxarılıb.

Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı ejimin "müdafiə naziri" işləyib.

Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub.

Tarix
2019.07.02 / 12:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla