Yuxarı

Bu ölkədə müəllimlərə silahdan atış təlimi keçirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə müəllimlərə silahdan atış təlimi keçirilir

ABŞ-da müəllimlər üçün silahdan atış təlimi keçirilir.

Axar.az CNBS telekanalına istinadən xəbər verir ki, bu təlimlər Birləşmiş Ştatlarda son illərdə məktəblərdə baş verən qətliamlardan sonra verilən qərara əsasən təşkil olunur.

Telekanalın reportajında bildirilib ki, təlimdə müəllimlərə silahdan istifadə, ona qulluq edilməsi, bədənin hansı nöqtələrinə atəş açılması, obyektin hədəf alınması məşğələləri keçirilir. ABŞ-ın Yuta ştatında başlanan pilot təlimlərdə silahla müdafiə texnikası, yaralılara ilk tibbi yardımın göstərilməsi də öyrədilir.

ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, silahları ilə məktəbə gələcək olan müəllimlər onlardan necə istifadə edilməsini də yaxşı bilməlidirlər. Qeyd olunur ki, artıq yüzlərlə müəllim təlim kurslarında iştirak etmək üçün müraciət edib.

Müəllimlərin silahlandırılması və silahdan atış təlimlərinin keçirilməsi silaha qarşı olan təşkilatların etirazına səbəb olub. Onlar hesab edirlər ki, bu “silah mafiyası”nın mənfəəti üçündür.

Birləşmiş Ştatların hər bir ştatının silahla bağlı öz qanunu var. Məsələn, Vermontda 16 yaşına çatmış hər bir sakin icazə almadan silah satın ala bilirsə, Montanada bu yaş həddi cəmi 14-dür.

Tarix
2019.07.06 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla