Yuxarı

ÜST-dən xəbərdarlıq: Müasir dövrün xəstəliyi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-dən xəbərdarlıq: Müasir dövrün xəstəliyi...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib ki, internet oyunları müasir dövrün xəstəliyidir.

Axar.az xəbər verir ki, təşkilatın ekspertləri dünya ictimaiyyətinin diqqətini psixoloji problemlərə səbəb olan bu məsələyə cəlb etmək istəyirlər. Onlar bu bəlanı Beynəlxalq Xəstəliklər Təsnifatına da daxil ediblər.

ÜST-nin hesabatına görə, Yaponiyada artıq bir neçə ildir internet asılılığından qurtulmaq üçün 80 proqram həyata keçirilir. Bu ölkənin Kanaqava prefekturasında analoji mərkəzə rəhbərlik edən doktor Hiçuqinin sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır. O əlavə edib ki, hazırda onun rəhbərlik etdiyi mərkəzdə internet asılılığından müalicə olunan 269 pasiyentdən 241-i məhz internet oyunlarının təsiri altına düşənlərdir.

İnternet oyunlarından asılı vəziyyətə düşənlər bu vərdişdən əl çəkə bilmirlər, hətta işdən çıxarılma və ya təhsildən ayrı düşmə təhlükəsi də onları yola gətirə bilmir. Hesablamalara görə, Avropa və Şimali Amerikada əhalinin 1 faizdən 10 faizə qədəri bu xəstəliyə düçar olub. ÜST-nin nümayəndəsi Vladimir Poznyak bildirib ki, bu problemin dəqiq miqyası və xarakterik xüsusiyyətləri hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, xəstəliyin müalicəsində həkimlərin qarşısında duran əsas əngəl onun əsas simptomları ilə bağlı konsensusun, bu sahədə ictimai səhiyyə siyasətinin olmamasıdır. Bütün bunlar səmərəli monitorinq aparmağa mane olur.

Mütəxəssislər qeyd edirlər ki, internetin daha geniş yayılması da xəstəliyin müalicəsini çətinləşdirir. ÜST-nin mayda təqdim etdiyi Beynəlxalq Xəstəliklər Təsnifatının yeni versiyasına görə, “internetdə oyun pozuntusu” diaqnozu 12 ay müddətində vaxtının çoxunu internet oyunlarına sərf edənlərə, onları özünün bütün maraqlarından və fəaliyyətlərindən üstün tutanlara və mənfi nəticələrinə rəğmən bu vərdişdən əl çəkməyənlərə qoyulur.

Tarix
2019.07.15 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla