Yuxarı

"Metsamor"la bağlı yeni xəbər yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Metsamor"la bağlı yeni xəbər yayıldı

Ermənistanda ekoloji cəhətdən təhlükəli “Metsamor” AES-in təmirə dayandırılması müddəti təxirə salınıb.

Axar.az “Strana Rosatom” nəşrinə istinadən xəbər verir ki, bu məlumatı qəzetə müsahibəsində “Rusatom Servis” şirkətinin baş direktoru Yevgeni Saltıkov verib.

Y.Saltıkov qeyd edib ki, tezliklə Rusiya və Ermənistanın Maliyyə nazirlikləri Yerevana bu məqsədlər verilən kreditlərin müddətinin uzadılmasını müzakirə edəcəklər. “Metsamor” AES-in əsaslı təmirini həyata keçirəcək olan bu şirkət Rusiya hökumətindən 15 il müddətinə alacağı 270 milyon dollaradək kredit və 30 milyon dollar qrant hesabına fəaliyyət göstərəcək. Bununla bağlı 2014-cü ildə saziş imzalansa da, hələ vəsaitin verilməsi və təmirə başlanılması gerçəkləşməyib. Belə ki, AES-in işinin 2019-cu ilin sonunadək dayandırılması nəzərdə tutulurdu, lakin bu plan yenə də təxirə salınıb. Qeyd olunur ki, bu stansiyada generatorların turbininin dəyişdirilməsi, nüvə reaktorunun metal divarlarının möhkəmləndirilməsi işləri aparılmalıdır. “Metsamor” AES-də ikinci enerji blokunun da istismar müddəti 2016-cı ildə başa çatıb. Artıq köhnəlmiş AES təkcə Ermənistana deyil, bütün regiona ciddi təhlükə mənbəyinə çevrilib.

Tarix
2019.07.22 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla