Yuxarı

Britaniya baş naziri türkdür - Consunun nəsli yenidən gündəmdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya baş naziri türkdür - Consunun nəsli yenidən gündəmdə

Bildiyiniz kimi, Böyük Britaniyanın yeni Baş naziri Boris Conson (Aleksandr Boris de Pfeffel-Conson) olub.

Axar.az Aznyus TV-yə istinadla xəbər verir ki, Conson türk köklərinə sahibdir. O, türkiyəli jurnalist, böyük vəzir Əhməd Oktay hökumətində qısa müddət Daxili İşlər naziri olmuş Əli Kamalın nəticəsidir.

Yeri gəlmişkən, Ə.Kamal sərt şəkildə türkiyəlilərin Antanta işğalına qarşı başlatdığı milli mübarizəni tənqid edirdi. Ermənilərə xoş yanaşması səbəbindəən onu satqın və çox vaxt “Artin Kamal” adlandırırdılar.

Nazir olarkən Mustafa Kamal Atatürkün həbsi barədə əmr verir. Lakin Atatürk hakimiyyətə gəldikdən sonra Nurəddin Konyarın əmri ilə edam edilir. Daha doğrusu isə İzmitdə Nurəddin Paşaya tabe olan əsgərlər tərəfindən linç edilir.

Bundan sonra B.Consonun babası Osman Əli Böyük Britaniyaya qaçır və burada nənəsinin xahişi ilə xristianlığı qəbul edir və adını Uilfred Consona dəyişir.

Boris Consonun özü kökləri haqqında bəhs edərkən özünü müsəlman, xristian və yəhudi əcdadlara malik “əritmə qazanı” adlandırır.

Qeyd etmək lazımdır ki, Borisə rus adını valideynləri Meksikada qarşıladıqları rus mühacirin şərəfinə qoyublar.

Xatırladaq ki, Boris Consonun türk əsilli olması barədə məlumatlar vaxtaşırı yayılıb. Hətta 2016-cı ilin iyulunda Türkiyənin Baş naziri olarkən Binəli Yıldırım o zaman Britaniya XİN rəhbəri olan Consona ünvanladığı tənqiddə "babası da türkdür" demişdi.

Tarix
2019.07.24 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla