Yuxarı

Putinin partiyası reytinq itirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin partiyası reytinq itirir

Vahid Rusiya Partiyasının təqaüd islahatlarından sonra sonra reytinqi aşağı düşüb, amma bununla belə digər partiyaların reytinqində də artım müşahidə edilməyib.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr”in apardığı tədqiqatdan sonra ortaya çıxıb.

Məlumata görə, Vahid Rusiyanın dəstəyi 31%-dən 28%-ə qədər geriləyib. Ondan sonrakı yerlərdə dayanan Kommunist Partiyası 11%, Liberal Demokrat Partiyası 10%, Rusiya Kommunistləri Partiyası 3%, Ədalətli Rusiya Partiyası 2% dəstəkçiyə sahib olub.

Bu göstəricilərə rəğmən Vahid Rusiyaya seçkidə səs verməyə hazır olan respondentlər ümumi sorğu iştirakçılarının 44%-ni təşkil edib. Kommunist Partiyasında bu göstərici 17%, Liberal Demokrat Partiyasında isə 16% olub.

41% rusiyalı isə hələ də kimə səs verəcəyini və ya ümumiyyətlə, seçkidə iştirak edib-etməyəcəyini bilmədiyini açıqlayıb. “Levada Çentr” bunun 2016-cı il parlament seçkisindən bu yana qeydə alınan maksimal göstərici olduğu vurğulanıb.

Şirkətin direktoru Lev Qudkov nəticələrlə bağlı “Vedomosti” qəzetinə açıqlamasında artıq Rusiyada Vahid Rusiya Partiyasını dəstəkləməkdən imtina edən insanların passiv kütlələr sırasına qoşulduğunu və özləri üçün heç bir alternativ müəyyən etmədilərini bildirib. O bunun növbəti seçkidəki aktivlik göstəricisinə birbaşa təsir edən faktor olacağını deyib.

Qeyd edək ki, Vahid Rusiya Partiyası Rusiya Prezidenti Vladimir Putinin partiyasıdır.

Tarix
2019.08.14 / 15:04
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla