Yuxarı

Tiflis ən böyük tərəfdaşlarını açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis ən böyük tərəfdaşlarını açıqladı

Gürcüstanın xarici ticarət dövriyyəsi 2019-cu ilin ilk yeddi ayında 0,2% azalaraq, 7,07 milyard dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Statistika Xidməti yayıb. Məlumata görə, cari ildə ölkənin ixracatı 12,4% artaraq 2,1 milyard dollar, idxalatı isə 4,7% azalaraq 4,96 milyard dollar təşkil edib. Tiflisin AB üzvləri ilə ticarət dövriyyəsi ilk yeddi ayda 5,2% azalıb, bunun qarşılığında MDB ölkələri ilə ticarət dövriyyəsi 0,7% artıb.

Cari dövrdə Gürcüstanın ən böyük ticarət tərəfdaşı yenə Türkiyə olub. Tərəflər arasında ticarət dövriyyəsi 999,6 milyon dollara çatıb. Ondan sonrakı yerlərdə Rusiya, Azərbaycan, Çin, Ukrayna, Ermənistan, ABŞ, Almaniya, Rumıniya, Bolqarıstan qərarlaşıb. Rusiya ilə Tiflisin ticarət dövriyyəsi 790,2 milyon dollar, Azərbaycanla isə 600,6 milyon dollar təşkil edib.

İxracat baxımından isə Tiflisin ən böyük tərəfdaşları siyahısına Rusiya (303,8 milyon dollar), Azərbaycan (266,2 milyon), Ermənistan (181,2 milyon), Bolqarıstan (166,2 milyon) və Ukrayna (148,6 milyon) daxil olub. Gürcüstan həmçinin cari mövsümdə ən çox idxalatı Türkiyə, Çin, Rusiya, Azərbaycan və Almaniyadan həyata keçirib.

Bu ilin ilk yeddi ayında Gürcüstan ən çox mis filizləri və konsentratları (364,9 milyon dollar) ixrac edib. Ondan sonrakı pillələrdə isə yüngül avtomobillərin reeksportu (317,3 milyon), ferro ərintilər (195,7 milyon), dərman (125 milyon), şərab (113,7 milyon), mineral sular (77,2 milyon), spirtli içkilər (59,9 milyon) və digərləri qərarlaşıb. Bu dövr ərzində ən çox idxal olunan məhsullar siyahısına neft və neft məhsulları liderlik edib. Bu da təxminən 404,4 milyon dollar olub.

Tarix
2019.08.20 / 12:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla