Yuxarı

Paşinyan pul ümidi ilə xalqın istəyinə qarşı çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan pul ümidi ilə xalqın istəyinə qarşı çıxdı

Amulsar qızıl yatağının işlənməsinə qadağa qoyulmasına heç bir hüquqi əsas yoxdur.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində canlı yayım zamanı deyib. O, yatağın tam təhlükəsiz işlənilməsinin təminatı üçün “Lidian Armenia” şirkətinin öhdəlik götürdüyünü bildirib:

“Bu o deməkdir ki, bir litr belə çirkli su çaya düşməyəcək, hava, qrunt suları çirklənməyəcək, biomüxtəliflikdə problem yaranmayacaq. Şirkətin nümayəndələri qəti şəkildə əmin edirlər ki, ekomühitdə heç bir neqativ dəyişiklik olmayacaq”.

Qeyd edək ki, Amulsar Ermənistanın məşhur Cermuk şəhərinin 10 kilometrliyində yerləşir. Bu yataq qızıl ehtiyatlarına görə Ermənistanın ikinci ən böyük yatağı sayılır. Yerli əhali bu yatağın işlənməsinin təbiəti çirkləndirəcəyi və şəhərin turizm biznesinə problem yaradacağı üçün ona qarşı çıxıblar. Hökumət isə israrla yatağı Britaniya-ABŞ şirkəti olan “Lidian Armenia”ya verməyə çalışır.

Tarix
2019.09.09 / 13:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla