Yuxarı

ABŞ-dan şok: Səudiyyə zavodlarını bu ölkə vurub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan şok: Səudiyyə zavodlarını bu ölkə vurub

ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının şərqindəki “Saudi Aramko” şirkətinə məxsus neft emalı zavodlarına təşkil edilən hücumda İranın əli olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Pompeo Tehranın Krallığa 100 hücum təşkil etdiyini bildirib:

“İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Cavad Zərif diplomatiya ilə maraqlanırmış kimi görünsə də, Səudiyyə Ərəbistanına qarşı təşkil edilən 100-ə yaxın hücumun arxasında Tehranın əli var. İran dünya enerji tarixində bu günə qədər misli görünməmiş hücum təşkil etdi. Bu hücumu Yəmənin etməsi ilə bağlı fakt yoxdur. Bütün dünyanı açıq və sərt şəkildə İranın hücumlarını qınamağa çağırırıq. İran bu hücuma görə məsuliyyət daşıyır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində “Saudi Aramko” şirkətinə məxsus iki neft emalı zavoduna PUA ilə təşkil edilən hücum nəticəsində böyük yanğınlar baş verib.

Tarix
2019.09.15 / 10:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla