Yuxarı

Tacikistandan türk dövlətinə nota - Sərhəddə münaqişə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tacikistandan türk dövlətinə nota - Sərhəddə münaqişə

Tacikistanın Xarici İşlər Nazirliyi Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkənin Düşənbədəki müvəqqəti işlər vəkilinə nota verib.

Axar.az xəbər verir ki, notada sərhəddəki münaqişədə Qırğızıstan tərəfi günahlandırılır, odlu silahdan məhz birinci qırğız hərbçilərinin atəş açdığı bildirilir. Qeyd olunur ki, bunun da nəticəsində üç tacik hərbçisi həlak olub, beş adam yaralanıb.

Həmçinin Tacikistan Qırğızıstan tərəfini sərhəddə təxribat törətməkdə günahlandırır. Bildirilir ki, bu ölkə sərhədə 250-300 hərbçi toplayıb və odlu silahdan atəş açan da onlar olub.

Xatırladaq ki, Tacikistan-Qırğızıstan sərhədində ötən gün axşam saatlarında və gecə baş verən qarşıdurmada 3 tacik hərbçi ölüb, 13 nəfər yaralanıb. Münaqişə ilə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistanın bu ölkədəki səfiri Suxrab Olimzodaya etiraz notası təqdim edib.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov isə sərhəddə baş verən son münaqişə ilə bağlı müşavirə keçirib, güc strukturlarına sabitliyin bərpa olunması istiqamətində tapşırıqlar verib.

Tarix
2019.09.17 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla