Yuxarı

Bu 25 suala cavab vermək böyük məhəbbət yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu 25 suala cavab vermək böyük məhəbbət yaradır

Psixoloq Artur Aronun araşdıramalarına əsasən 25 suala cavab kişi ilə qadın arasında böyük sevgi yarada bilər.

Axar.az xəbər verir ki, Amerika alim və psixoloqu Artur Aronun elmi araşdırmaları əsasında qadınla kişi arasında sevgi yarada biləcək 25 sual hazırlanıb. Psixoloqun fikrinə əsasən, qadınla kişi öz söhbətlərini həmin suallar əsasında qursalar, onlar hökmən böyük məhəbbət yaşayacaqlar.

Sualları təqdim edirik:

1. Ən çox kiminlə nahar etmək istəyərdiniz?

2. Məşhur olmaq istərdinizmi? Hansı sahədə?

3. Telefon zəngindən öncə nə danışacağınızı götür-qoy edirsinizmi?

4. Sizin üçün ideal gün necə başlamalıdır?

5. Özünüzü həyatda kimə borclu hesab edirsiniz?

6. Öz tərbiyənizdə hansı xüsusiyyəti dəyişdirərdiniz?

7. Dörd dəqiqə əsasında öz həmsöhbətinizə həyatınızın bütün gizli məqamlarını danışmağa çalışın.

8. Hansı xüsusiyyəti özünüzdə görmək istərdiniz?

9. Öz gələcəyinizlə bağlı hansı məqamı bilmək istərdiniz?

10. Uzun müddət əldə edə bilmədiyiniz nədir?

11. Ailə üzvlərinizdə doğmalıq münasibəti hansı dərəcədədir? Sizcə, uşaqlığınız xoşbəxt keçibmi?

12. Həyatda nail olduğunuz ən böyük nailiyyətiniz?

13. Dostlarda hansı xüsusiyyətlərə üstünlük verirsiniz?

14. Ən ülvi arzunuz?

15. Ən çox unutmaq istədiyiniz xatirə?

16. Bir il ərzində öləcəyinizi bilsəydiniz, həyatda nəyi dəyişdirmək qərarına gələrdiniz? Səbəbini aşıqlayın.

17. Dostluq anlamı sizin üçün nə deməkdir?

18. Həyatınızda məhəbbət və bağlılıq hansı rol oynayır?

19. Ardıcıllıqla öz həmsöhbətinizin müsbət keyfiyyətlərini açıqlayın (heç olmasa 5 cəhət).

20. Ananızla münasibətiniz haqqında nə düşünürsünüz?

21. "Biz" sözü ilə başlayan üç cümlə söyləyin: "Misal üçün, biz özümüzü bu otaqda... hiss edirik".

22. Bu məntiqi boşluğu doldurmağa çalışın: "Mən kiminləsə... bölüşmək istərdim".

23. Ailədə doğma insanlardan hansının itkisi sizə daha çox təsir edib?

24. Hansı zarafatları sevmirsiniz? Niyə?

25. Sonuncu dəfə nə zaman və hansı səbəbdən ağlamısınız?

Tarix
2015.01.16 / 02:00
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla