Yuxarı

Gürcü nazirdən Mirzəyevə: Vəziyyət ürəkaçan deyil!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü nazirdən Mirzəyevə: Vəziyyət ürəkaçan deyil!

Azərbaycanlıların yaşadığı kəndlərdə gürcü dili ilə bağlı vəziyyət ürəkaçan deyil və biz bunu bilirik.

Report-un xəbər verir ki, bu barədə parlamentdə “nazir saatı” formatında Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deputat Savalan Mirzəyevin müvafiq sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, dövlət dili ilə bağlı problem rayon mərkəzləri və kəndlərdə, həmçinin müəyyən yaş qrupuna daxil olan şəxslər arasında da var. Dövlət naziri qeyd edib ki, 2018-ci ildə gürcü dilinin tədrisi ilə bağlı bir sıra proqramlar reallaşdırılıb: “B2 sertifikatını 3400 nəfər alıb. 246 təlim qrupu yaradılıb ki, bunların da 151-i mobil qruplar olub. Bu qrupların cəlb olunması ilə 10 şəhər və 67 kənddə gürcü dili kursları təşkil olunub. 2019-cu ildə 118 təlim qrupu yaradılıb və 1500 nəfərə gürcü dili öyrədilir”.

K.Tsixelaşvili 2018-ci ildən başlayaraq hərbi xidmətdə olan milli azlıqları təmsil edən çağırışçılara gürcü dilinin tədrisinə başlanıldığını əlavə edib.

O, Marneuli və Dmanisidə ruhanilər üçün də gürcü dilinin tədrisi üzrə proqramın həyata keçirildiyini vurğulayıb.

Dövlət nazirinin sözlərinə görə, milli azlıqlar arasında gürcü dili ilə bağlı problemin həlli üçün kompleks yanaşma tələb olunur: “Ümid edirəm ki, gələn il bizə verilən suallara daha konkret cavablarımız olacaq”.

Tarix
2019.09.20 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla