Yuxarı

Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır

Çinin ən böyük neft və qaz istehsalçısı CNPC şirkəti ölkə ərazisində bir milyard tonluq neft sahəsi və 1.06 trilyon kubmetrlik şist qazı olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Sincan muxtar bölgəsində kəşf edilən qazın dünya bazarında tarazlığı dəyişdirəcəyi gözlənilir.

CNPC-nin araşdırmasına əsasən, Ordos hövzəsində dəqiq müəyyən edilən neft ehtiyatı 358 milyon tondur, təxmini ehtiyatların miqdarı isə 693 milyon tona çata bilər.

Bu il neft sahəsində ümumilikdə 640 min ton neft hasil edildiyini bildirən CNPC-nin filialı "PetroChina"nın sədr müavini Li Luquanq istehsalın yaxın gələcəkdə illik 3 milyon tona çatmasının gözlənildiyini bildirib.

Şirkət həmçinin, Sincan hövzəsində kəşf edilən 740.97 milyard kubmetr şist qazı ehtiyatının olduğunu da açıqlayıb. Şirkət bu il 7.7 milyard kubmetr şist qazı hasil etməyi və 2020-ci ilin sonuna qədər hasilatı 10 milyard kubmetrə qaldırmağı planlaşdırır.

Qeyd edilir ki, neft və şist qazı hasilatı üçün günümüzə qədər kifayət qədər texnologiyaya malik olmayan Çin bu gedişlə dünya enerji bazarında inqilab edəcək.

Tarix
2019.10.01 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla