Yuxarı

Qabrelyanov Paşinyanı "saqqalı təlxək" adlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qabrelyanov Paşinyanı "saqqalı təlxək" adlandırdı

Aram Qabrelyanov Ermənistan Baş nazirini “saqqalı təlxək” adlandırıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Rusiyanın “Nyus Media” Nəşriyyat Evinin erməni əsilli rəhbəri Aram Qabrelyanov özünün Feysbuk səhifəsində Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanın Baş nazirin müşaviri vəzifəsindən istefa verməsi barədə xəbəri paylaşaraq belə bir şərh yazıb:

“Qəribə adamlardılar. Bu rütbəyə gəlib çıxıb, anlamır ki, hakimiyyətə saqqallı təlxək gəlib? Mən burada, Moskvada otura-otura onun təlxək olduğunu anladım. Onların isə bunu başa düşmələri üçün bir il vaxt keçməli idi?”

Qeyd edək ki, Paşinyan sentyabr ayında Ermənistanın iki güc strukturunun rəhbərini – Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı və Ermənistan Polisinin rəisi Valeri Osipyanın istefaya göndərmişdi. Sonrada Osipyan Baş nazirin müşaviri vəzifəsinə təyin olunmuşdu. Oktyabrın 3-də Ermənistan KİV-ləri Osipyanın bu vəzifədən getməsi barədə xəbər yayıblar.

Aram Qabrelyanov “Life.ru” xəbər portalının daxil olduğu “Nyus Media” Nəşriyyat Evinin rəhbəri, “İzvestiya qəzetinin redaksiyası” ASC-nin direktorlar şurasının sədri, Moskvanın “Ararat” futbol klubunun sahibidir.

Tarix
2019.10.03 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla