Yuxarı

Bu ölkə əhalisi də ayağa qalxdı: 477 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə əhalisi də ayağa qalxdı: 477 nəfər saxlanıldı

Ekvadorda hökumətin iqtisadi tədbirlərinin səbəb olduğu etirazların gedişində saxlanılanların sayı 477 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb. Daxili İşlər naziri Mariya Paula Romonun sözlərinə görə, saxlanılan şəxslərin hamısı vandalizm aktlarının törədilməsində, o cümlədən təcili tibbi yardım və polis maşınlarına hücumlarda şübhəli bilinirlər.

Ötən həftə Ekvador Prezidenti Lenin Moreno oktyabrın 3-dən etibarən dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərman imzalayıb. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxdıqlarını və etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.

Oktyabrın 3-də nəqliyyat işçiləri bütün ölkə ərazisində müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Tarix
2019.10.07 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla