Yuxarı

Njdeyə heykəl qoyulması cinayətdir - Savelyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Njdeyə heykəl qoyulması cinayətdir - Savelyev

RF Dövlət Dumasının deputatı Dmitri Savelyevin fikrincə, Rusiya İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq istəyənlərə layiqli cavab verməlidir.

Azərtac xəbər verir ki, D.Savelyevin sözlərinə görə, Njdenin nasistlərin əlaltısı olmasını və Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var.

D.Savelyev deyib: “Ermənistanda Qaregin Njdeyə heykəl qoyublar. Njdenin nasistlərin əlaltısı olmasını, Qızıl ordunun arxa cəbhəsində təxribatlar törətmək üçün Bolqarıstanda agentlər cəlb etməsini təsdiqləyən rəsmi sənədlər var. Ona isə heykəl qoyurlar. Krasnodar diyarının Armavir şəhərində də Njdeyə memorial qoyulduğunu biləndə çox hiddətləndim. Mənim fikrimcə, “nasizmin reabilitasiyası” cəhdi olan bu fakt həm Rusiya qanunlarına, həm də beynəlxalq qanunlara görə cinayət kimi tövsif edilməlidir. Bunun başqa adı yoxdur. Njdeyə heykəllər qoyulması nasist caninin qəhrəman kimi qələmə verilməsi deməkdir. Burada başqa fikir ola bilməz. Əgər Ermənistana qəhrəman lazımdırsa, Cənub-Qərb cəbhəsində nasistləri darmadağın etmiş, sonra isə Belorusiya cəbhəsinə rəhbərlik etmiş Sovet İttifaqı marşalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Baqramyanı niyə xatırlamırlar? Ermənistanda görkəmli qəhrəmanlar, Böyük Qələbənin yaxınlaşdırılmasında mühüm rol oynamış şəxslər olub, amma orada nədənsə Njde kimi son dərəcə şübhəli şəxslərə heykəl qoyularlar. Bu fakt belə hadisələrin əsl səbəbi barədə düşünməyə məcbur edir. Rusiya bu cür hadisələrə adekvat cavab verməlidir”.

Tarix
2019.10.12 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla