Yuxarı

ABŞ-ın tələbinə Türkiyənin cavabı – Ərdoğan açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın tələbinə Türkiyənin cavabı – Ərdoğan açıqladı

ABŞ həm Kobanidən çıxır, həm də bizə deyir ki, ora girməyin. Buranın strateji önəmi var, çünki bizi həmin yerdən vururdular.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PYD terror təşkilatı mövqelərini itirdikcə bunlar bizə “əməliyyatı dayandırın” deyirlər, sanksiya tətbiq edirlər. Bizim hədəfimiz bəllidir, heç bir sanksiyadan qorxmuruq. Türkiyə qəbilə, çadır dövləti deyil.

Biz qapıları açıb, miqrantları Avropaya buraxa bilərik. Hazırda bu məsələni müzakirə edirik. Hətta bəzi Avropa Birliyi ölkələri “kaş ki, qapıları açaydınız” dedilər”, - Türkiyə lideri bildirib.

Ərdoğan ABŞ Prezidenti D.Trampla arasında baş tutan danışığın detallarını da açıqlayıb:

“Hörmətli Tramp mənə dedi ki, İŞİD-çilərin olduğu həbsxanaları sizə təslim etsək, qəbul edərsinizmi? Dedim, qəbul edərik və bəzi İŞİD-çiləri öz ölkələrinə, bəzilərini isə burada mühakimə edərik. Sonra bilirsiniz nə oldu: PYD İŞİD-çiləri həbsxanadan azad etdi.

Biz İŞİD-çiləri öz ölkələrinə göndərmək istəsək, Almaniya, Fransa “göndərməyin” deyəcək. Ona görə də özümüz mühakimə edəcəyik”.

Türkiyə lideri atəşkəs elan edilməsi məsələsinə də toxunub:

“ABŞ bizə dedi ki, atəşkəs elan edin, biz də danışıqlarda vasitəçilik edək. Mən isə bu təklifə “terror təşkilatı ilə danışıqlar masasına əyləşmərəm, bir heyət göndər, sizinlə danışaq” cavabını verdim. Bizə deyirlər ki, atəşkəs elan et, danışıqlara başlayaq. Biz də “əvvəlcə razılıq əldə edək, ondan sonra atəşkəs elan edərik” dedik”, - Ərdoğan fikrini yekunlaşdırıb.

Tarix
2019.10.16 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla