Yuxarı

Narkobaronun oğluna görə mafiya şəhəri yandırdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkobaronun oğluna görə mafiya şəhəri yandırdı - Foto

Meksika polisi Kuliakan şəhərində hazırda ABŞ-da həbsdə olan məşhur narkobaron Xoakin Qusmanın oğlunun həbs edilməsi üçün əməliyyat keçirib.

Axar.az xəbər verir ki, polis 28 yaşlı Ovidio Qusman Lopezin qaldığı evi müəyyən etdikdən dərhal sonra hücuma başlayıb. Lopezin saxlanılması xəbərini eşidən narkokartel üzvləri şəhəri əməlli-başlı döyüş meydanına çevirib.

İri çaplı silahlarla silahlanmış kartel üzvləri polisə qarşı hücuma keçib. Ordu qüvvələrinin də yardıma gəlməsinə baxmayaraq, polis geri çəkilmək məcburiyyətində qalıb və narkobaronun oğlunu sərbəst buraxıb.

Təhlükəsizlik qüvvələrinin rəsmisi Alfonso Durazo “Röyter”ə verdiyi açıqlamasında bildirib ki, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Lopezi sərbəst buraxmağa məcbur olublar. Silahlılar şəhərin mərkəzində dağıntılar törədib, avtomobilləri yandırıb, yolları bağlayıblar.

Qeyd edək ki, Lopez atası Xoakin Qusmanın həbs olunaraq ABŞ-a ekstradisiya edilməsindən sonra “Sinaloa” kartelində ən nüfuzlu şəxslərdən birinə çevrilmişdi.

Xoakin Qusman ABŞ məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum olunub.

Tarix
2019.10.18 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla