Yuxarı

Şok görüş: SDQ lideri Trampa yalvardığını etiraf etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok görüş: SDQ lideri Trampa yalvardığını etiraf etdi

Ankaraya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini irəli sürən demokrat senator Kris Van Hollen və respublikaçı senator Lindsi Qrehem Suriya Demokratik Qüvvələrinin həmsədri İlham Əhmədlə Vaşinqtonda görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Hollen Tvitter hesabında yazıb.

İlham Əhmədi “Suriya kürdlərinin ən yüksək səviyyəli siyasi təmsilçisi” adlandıran Hollen görüşdən sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı narahatlıqlarının daha da artdığını qeyd edib:

“Konqres dərhal kifayət qədər ABŞ əsgərinin Suriyada qalmasını davam etdirmək, hava dəstəyini təmin etmək və Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün toplanmalıdır. Qətliamı dayandırmalıyıq. İŞİD-in yenidən ortaya çıxmasının qarşısı alınmalıdır”.

İlham Əhməd isə söhbət əsnasında iki həftə bundan əvvəl qərarından dönməyə razı salmaq üçün ABŞ Prezidenti Donald Trampa zəng etdiyini bildirib.

Görüşün bir digər iştirakçısı Lindsi Qrehem isə Türkiyənin “Sülh çeşməsi” əməliyyatını işğal adlandırıb:

“Hər kəsdən çox Türkiyəni günahlandırıram. Türkiyənin işğalı xilafətin (İŞİD nəzərdə tutulur – red.) məğlubiyyətini riskə atdı”.

Tarix
2019.10.22 / 12:41
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla