Yuxarı

Türkiyədən “Sülh çeşməsi” ilə bağlı 6 bəndlik bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən “Sülh çeşməsi” ilə bağlı 6 bəndlik bəyanat

Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” əməliyyatı ilə bağlı baş verən son hadisələrdən sonra bəyanat yayıb.

Axar.az bəyanatın tam mətnini təqdim edir:

“1. 17 oktyabr 2019-cu il tarixində Fəratın şərqi ilə bağlı Türkiyə və ABŞ arasında razılıq əldə olunmuş, bu çərçivədə “Sülh çeşməsi”nə 120 saat fasilə verilmiş və bu günə qədər tərəfimizdən əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə zəruri həssaslıq göstərilmişdir.

2. Müddətin sonunda ABŞ tərəfindən PKK-YPG-nin bölgədən çəkilməsinin tamamlandığı bildirilmişdir.

3. 22 oktyabr 2019-cu il tarixində Soçidə cənab Prezidentimizlə Rusiya Federasiyası Prezidenti arasında əldə olunmuş razılaşma əsasında bu gündən etibarən RF ilə ortaq fəaliyyətlərin icrasına başlanılacaqdır.

4. “Sülh çeşməsi” əməliyyat sahəsi xaricindəki sərhədlərimizin təhlükəsizliyi və YPG terror qruplaşması ünsürlərinin sərhədimizdən 30 kilometr xaric edilməsinə dair əsasları da əks etdirən razılaşma çərçivəsində mövcud əməliyyat bölgəsi xaricində bu mərhələdə yeni bir əməliyyat icra edilməsinə gərək qalmayıb.

5. Türkiyə sərhədlərinin cənubunda terror koridorunun yaradılmasına əsla izn verməyəcək və terrorla mübarizəmiz qətiyyətlə davam edəcəkdir.

6. Beləlikdə, bölgədə sülh koridoru yaradılmaqla didərgin salınmış suriyalı qardaşlarımızın könüllü və təhlükəsiz bir şəkildə evlərinə və torpaqlarına qayıtması təmin ediləcəkdir”.

Tarix
2019.10.23 / 10:31
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla