Yuxarı

Bağdadi ABŞ-ın öz oğludu, ondan qurtulublarsa… - Dərzi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağdadi ABŞ-ın öz oğludu, ondan qurtulublarsa… - Dərzi

ABŞ-ın sələfi təşkilatları və siyasi-radikal qruplaşmaların təlimlərində oynadığı rol Əfqanıstandakı savaş zamanı aydın şəkildə göründü. İŞİD də bu qruplaşmalardan biridir. Elə Bağdadi də İraqın Bukka həbsxanasında saxlandığı zaman radikallaşıb.

Axar.az xəbər verir ki, bu sözləri suriyalı politoloq Əhməd Dərzi deyib.

Onun sözlərinə görə, 20-ci əsrdə meydana gələn bütün radikal hərəkatlar ABŞ-ın gündəminə uyğun gəlir. Hazırda isə ABŞ İŞİD qruplaşmanın strukturunu dəyişdirməyə çalışır.

ABŞ Prezidentinin bəyanatının Vaşinqtonun qruplaşmalarla münasibətlərində yeni bir mərhələ yaşandığını göstərdiyini qeyd edən Dərzi bildirib:

“İndi onların yeni adı, yeni rəhbərliyi olacaq. Ancaq məqsəd yeni görünsə də, Vaşinqtonun beynəlxalq nizamda dəyişikliklərə və xüsusən Rusiya və Çinlə bağlı yeni dünya nizamının yaradılmasına izn verməmək vasitəsi olaraq qalacaq”.

Politoloq Bağdadinin ölümü ilə bağlı məlumatların dəqiqliyinin şübhə doğurduğunu vurğulayıb:

“Çünki o, ABŞ-ın uşağıdır. Əgər ondan qurtulublarsa, bu, ABŞ siyasəti üçün adi bir addımdır, onların nə müttəfiqi, nə də dostu var. Ancaq onu harasa gizlətmiş də ola bilərlər. Yəni Bağdadi gizli bir yerdə yeni bir həyata başlamış da ola bilər. İstənilən halda ABŞ hədəflərini həyata keçirmək fürsəti tapıb. Bağdadinin ölüm “kozır”ı Trampın uğurlarından biri kimi istifadə ediləcək. Tramp bundan məğlubiyyət təhlükəsi olan prezident seçkiləri zamanı istifadə edəcək”, - ekspert qeyd edib.

Tarix
2019.10.28 / 11:18
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla