Yuxarı

Makronu öldürmək istəyənlər yaxalandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronu öldürmək istəyənlər yaxalandı

Fransada prezident Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Report xəbər verir ki, söhbət 30 və 45 yaşlı iki kişidən gedir.

Saxlanılanlara qarşı "cinayətkar terror təşkilatına üzvlük" ittihamları irəli sürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki şübhəli ultrasağçı qruplaşmanın üzvləridir. Onlar həbs ediliblər.

Müstəntiqlər sui-qəsd planının Makronun Şarlevil-Mezer şəhərinə səfəri zamanı planlaşdırıldığını müəyyənləşdiriblər. Bununla bağlı aparılan təhqiqatda isti izlərlə 6 nəfər saxlanılıb. Onlar Makrona hücum etməyi planlaşdırdıqlarını etiraf ediblər.

Sui-qəsdin qarşısını almağa 63 yaşlı təqaüdçü Jan-Pyer Buyerin videomüşahidəsi kömək edib. O, 2018-ci ildə Makrona sui-qəsdin cəhdindən sonra kəşfiyyat orqanlarının nəzarəti altına düşüb. Buyer telefon danışıqlarından birində deyib ki, prezidentə metal detektorun aşkar etmədiyi keramika bıçağı ilə hücum etmək istəyir.

Buyer öz tərəfdarlarından birinin evinə gedəndə polis işə qarışıb. Onu 3 şübhəli ilə birlikdə saxlayıblar. Təqaüdçünün avtomobilinin yük yerində keramika bıçağı aşkarlanıb.

Şübhəli şəxslərin evlərində aparılan axtarışların gedişatında külli miqdarda silah tapılıb. Sonra daha bir kişi və qadın saxlanılıb. Bütün şübhəlilər Parisdə həbsxanadadır.

Tarix
2019.11.17 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla