Yuxarı

Şimali Avropa ölkələri bir araya gəldi: Nələr müzakirə edilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Avropa ölkələri bir araya gəldi: Nələr müzakirə edilir?

Şimali Avropa ölkələrinin müdafiə nazirləri Stokholmda görüşürlər.

Axar.az xəbər verir ki, Müdafiə nazirləri noyabrın 19-20-də “Şimal müdafiə əməkdaşlığı” təşkilatı - NORDEFCO çərçivəsində görüşəcəklər.

2019-cu ildə NORDEFCO-da İsveç sədrlik edir, lakin Krallığın təhlükəsizlik sahəsində kooperasiyanın təşkilinə xüsusi maraq göstərməsi ilə əlaqədar bu cür görüşlərə böyük əhəmiyyət verilir.

Stokholmda təşkil ediləcək müşavirə bu il İsveçdə nazirlər səviyyəsində keçirilmiş ikinci belə tədbirdir. Gözlənildiyinə görə, nazirlər həm ayrı-ayrı görüşlər, həm də Müdafiə nazirlikləri arasında böhranlı məsləhətləşmələrin mexanizmləri kimi məsələlərlə bağlı ümumi müzakirələr keçirəcəklər. Şimali Avropa ölkələri böhran, yaxud münaqişə vəziyyətində məsləhətləşmələrin keçirilməsi qaydasının yaradılması haqqında da razılığa gələcəklər. Bu mexanizm təhlükəsizlik sahəsində vəziyyətin hamı tərəfindən başa düşülməsinə nail olmaq imkanlarını artıracaq. Bundan əlavə, görüşdə İsveçin sədrliyinin hədəfləri ümumiləşdiriləcək, təhlükəsizlik və müdafiə siyasəti üzrə dialoq üçün ümumi platforma kimi NORDEFCO-nun fəaliyyəti yaxşılaşdırılacaq, habelə praktiki əməkdaşlıq nizamlanacaq.

Noyabrın 19-da Şimali Avropa və Baltikyanı ölkələrin Müdafiə nazirlərinin görüşü keçiriləcək. Görüşə Estoniya, Latviya və Litvanın Müdafiə nazirləri qatılacaqlar. Niderland, Polşa və Böyük Britaniyanın Müdafiə nazirləri və Almaniyanın müdafiə üzrə dövlət katibi Şimal qrupunun müdafiə siyasəti üzrə forum çərçivəsində görüşdə iştirak etmək üçün noyabrın 20-də Stokholma gələcəklər.

Qeyd edək ki, NORDEFCO təşkilatına İsveçlə bərabər, Danimarka, Finlandiya, İslandiya və Norveç daxildir. Avropada, bütövlükdə dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi baxımından bu təşkilatın əhəmiyyəti xeyli artıb, çünki NORDEFCO-nun iştirakçısı olan ölkələr məsləhətləşmələri xeyli intensivləşdiriblər, habelə qarşılıqlı fəaliyyətin səviyyəsini artırıblar.

Tarix
2019.11.18 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla