Yuxarı

Rusiya rəsədxananı orbitə göndərmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya rəsədxananı orbitə göndərmək istəyir

Rusiya yeni kosmik "Millimetron" rəsədxanasını 2025-ci ildə orbitə göndərməyi planlaşdırıb.

Axar.az xəbər verir ki, bu qurğu kainatda cərəyan edən proseslər haqqında yeni məlumatlar toplamağa, qara dəliyin daxilində nə baş verdiyini anlamağa, eləcə də "qara enerjinin" mənşəyi haqqındakı məlumatları dəqiqləşdirməyə kömək edəcək.

"Millimetron" layihəsi federal kosmik proqrama daxildir. O, Rusiya Elmlər Akademiyası Lebedev adına Fizika İnstitutunun Astrokosmik mərkəzi tərəfindən "Radioastron" layihəsinin davam və inkişafı kimi təklif edilib.

Qeyd edək ki, "Radioastron" – dünyada ən iri kosmik radioteleskopdur. O, hazırda 40-a yaxın rus və xarici yerüstü radioteleskoplarla birlikdə orbitdə uğurla fəaliyyət göstərir.

Gələcək "Millimetron" rəsədxanası "Radioastron"dan fərqli olaraq başqa uzunluq diapazonunda işləyəcək – 0,3-17 millimetr arasında. Gözlənilir ki, "Millimetron" qara dəliyin hüdudlarına daha yaxın məsafədən nəzər salmağa, oradakı prosesləri tədqiq etməyə, ulduzların və ekzoplanetlərin yaranmasını görməyə və yadda saxlamağa imkan verəcək.

Tarix
2015.02.03 / 01:55
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla