Yuxarı

Gülənin öldüyünü gizlədirlər? – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülənin öldüyünü gizlədirlər? – Şok iddia

Türkiyə Nazirlər Kabinetinin iclasından sonra baş nazirin müavini Bülənt Arıncın keçirdiyi mətbuat konfransında onunla bir jurnalist arasında maraqlı dialoq yaşanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, jurnalistlərdən biri "camaat" lideri kimi tanınan Fəthullah Gülənin ölümü ilə bağlı səslənən iddialara baş nazirin münasibətini öyrənmək istəyib.

Jurnalistin "Fəthullah Gülənin 2013-cü il sentyabr ayında öldüyü deyilir. Bu barədə nələr söyləyə bilərsiniz" sualı qarşısında Bülənt Arınç əvvəlcə çaş-baş qalıb, xəbərin mənbəyini soruşduqdan sonra isə "Mənə dərman gətirin" deyib.

Jurnalist və baş nazir arasındakı dialoq aşağıdakı kimi olub:

- "Camaat"ın lideri olaraq tanınan Fəthullah Gülənin 2013-cü ilin sentyabrında öldüyünü söyləyirlər. Deyilənə görə, "camaat"ın dağılmaması üçün bu xəbəri gizlədirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bunu ciddi hesab etmirəm.

- Qəzetlərdə çıxıb.

- Hansı qəzet?

- "Egenin səsi".

- "Egenin səsi"? Yerli qəzetdirmi? İndi xəbərin tamamilə qeyri-ciddi olduğunu anladım.

- Bu qəzet illərdir ki, dərc olunur.

- Aman Allahım, sən ağlımı qoru! Mənə dərman verin. Bu qızımız məni bitirdi.

Tarix
2015.02.03 / 01:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla