Yuxarı

İğtişaşlar Honkonq iqtisadiyyatını çökdürür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İğtişaşlar Honkonq iqtisadiyyatını çökdürür

Cari ilin oktyabrında Çinin Honkonq xüsusi inzibati bölgəsinə səfər edənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,7 faiz azalaraq, 3,31 milyon nəfərə düşüb.

Azərtac xəbər verir ki, bu barədə Honkonqun turizm bürosu məlumat yayıb.

Ümumilikdə Honkonqu ziyarət edənlərin sayında azalma iğtişaşlar başlayandan sonra, iyul ayından bəri müşahidə olunur. Ötən ay Çinin materik hissəsindən Honkonqa səyahət edənlərin sayı 45,9 faiz, Yaponiyadan olanların 44,9, ABŞ turistlərin sayı isə 38,2 faiz azalıb. Yanvar-oktyabr aylarında Honkonqa səfər edənlərin sayındakı azalma 4,7 faiz təşkil edib.

İnzibati bölgənin əsas aviasiya şirkətlərindən olan "Hong Kong Airlines" gələn ilin fevralından Kanadanın Vankuver, Vyetnamın Xoşimin və Çinin Tiencin şəhərlərinə uçuşları dayandıracağını açıqlayıb.

Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər.

Tarix
2019.12.02 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla