Yuxarı

Oliqarx oğluna görə hakimi hədələdi: Sonun çatıb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oliqarx oğluna görə hakimi hədələdi: Sonun çatıb...

Ukraynada biznesmen-oliqarx İqor Kolomoyski oğlunun oynadığı basketbol klubunun uduzmasından sonra hakimi “yox etməklə” hədələyib.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Kolomoyskinin 20 yaşlı oğlu Qriqori “Dnepr” basketbol klubunda müdafiəçidir və komanda “Kiyev” klubu ilə oyunda uduzub. Bundan sonra oliqarx məşqçiyə yaxınlaşaraq onu təhdid edib.

Hakim Andrey Babıkın Ukraynanın basketbol çempionatının direktoruna göndərdiyi məruzədə göstərilir ki, “Dnepr” klubunun direktoru Valeri Kondratyev və hansısa Valeri Qulyayev də onu hədələyiblər. “Kiyev” komandasına qarşı oyun başa çatanda Kondratyev hakimə yaxınlaşıb və onun meydançadan “sağ getməyəcəyini” deyib. Sonra isə milyarder özü hakimə yaxınlaşıb.

“Sən nə edirsən?! Sənin sonun çatıb, başa düşdün?!” - Kolomoyski hakimə deyib.

Biznesmen bundan əvvəl də bənzər idman qalmaqallarına qarışıb. Belə ki, Kolomoyski oktyabr ayında Ukraynanın Boks Federasiyasının prezidenti Mixail Brodkini, “Prometey” klubunun rəhbərini və hakimləri də hədələmişdi.

Tarix
2019.12.08 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla