Yuxarı

Hər gün 200 metr yeriyən nəhəng qayaların sirri - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər gün 200 metr yeriyən nəhəng qayaların sirri - Foto

Təxminən 350 kiloqram ağırlığında olan qaya parçaları öz-özünə hərəkət edə bilərmi? ABŞ-ın "Ölüm vadisi"ndə nəhəng qayalar hər gün öz-özünə 200 metr məsafə qət edirlər.

Qaynarinfo xəbər verir ki, Birləşmiş Ştatların Nevada və Kaliforniya ştatlarının sərhəddində yerləşən vadidə yaşanan bu ilginc olay görənləri heyrətləndirir. Quruyan göl yatağındakı daş parçalarının necə yeridiyinin isə uzun illərdir açıqlana bilməməsi qayaları yadplanetlilərin və ya ilahi bir gücün tərpətdiyi ilə bağlı əfsanələrin yaranmasına səbəb olub.

İlk baxışda hərəkət etmirmiş kimi görünən daşların sirri elm adamlarının da diqqətini çəkib. Təxminən 50 ildir alimlər bununla bağlı fərqli mülahizələr irəli sürüblər. İlkin fəziyyələrə görə, qayaları yağış və külək hərəkət etdirir.

Lakin yer səthinin çat olması və daşların ağırlığı bunun reallığı əks etdirmədiyini göstərir. İşin maraqlı tərəfi isə bu günə qədər qayaların hərəkətdə olmasını heç kəsin görməməsidir.

"Ölüm vadisi"ndəki qeyri-adi təbiət hadisəsi yenə elm adamlarının araşdırmalar nəticəsində üzə çıxıb. Elmi tədqiqatların nəticələrinə görə, vadi gecələr şiddətli dərəcədə soyuyur və soyuq hava da yerdə 3-5 millimetr qalınlığında buz təbəqəsi yaradır.

Səhərlər buz təbəqəsi əridikdə isə külək ağırlığından asılı olmayaraq qayaları yerindən oynadır. Santimetr-santimetr yeriyən daşların hərəkət etməsini də bu səbəbdən hiss etmək çətin olur.

Tarix
2019.12.14 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla