Yuxarı

Pompeodan Məsud Özilə dəstək: Həqiqət üstün gəlir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pompeodan Məsud Özilə dəstək: Həqiqət üstün gəlir!

ABŞ Dövlət katibi Mayk Pompeo uyğur türkləri ilə bağlı sosial şəbəkə hesabında paylaşımlar edən türk əsilli futbolçu Məsud Özilə dəstəyini ifadə edib.

Axar.az xəbər verir ki, Pompeo Tvitter səhifəsində M.Özilin Çinə yönələn sərt tənqidini haqlı saydığını bəyan edib.

“Çin Kommunist Partiyasının təbliğat ünsürləri Məsud Özilə və "Arsenal"a sezon boyunca senzura tətbiq edə bilər, lakin həqiqət üstün gələcək. ÇKP uyğurlara və digər milli azlıqlara yönəlik təzyiqlərini gizlədə bilməz”, - deyə Pompeo bildirib.

Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra şəbəkələrdə türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.

Tarix
2019.12.18 / 08:15
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla