Yuxarı

Qərb nədən İranla yaxınlaşır? – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İran vasitəsilə Rusiyadan gələn ehtiyatları geri çevirmək və Rusiyadan asılılığı nisbətən azaltmaq məqsədi güdür".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, İranın Avropa ilə başladacağı qaz layihəsində qarşı tərəflərin maraqlarından bəhs edib:

"İran son zamanlar Qərb ölkələri ilə yaxınlaşmağa çalışır. Bu yaxınlaşma İran və Avropanın bu yaxınlarda apardığı müəyyən danışıqlarda da özünü göstərir. Demək olar ki, danışıqların əksəriyyətində ümumi ortaq məxrəcə də gəlinib. Danışıqlar nəticəsində Avropa İranın bir sıra dondurulmuş pullarını belə özünə qaytarıb.

Yaxınlaşmada əsas amil isə Qərblə Rusiya arasındakı qarşıdurmadır. Bu qarşıdurma fonunda Avropa Rusiyadan asılı olmamaq üçün alternativ təbii ehtiyatlara gərək duyur. Yeni təbii ehtiyatların geniş mənbəyi kimi İran və Türkmənistan xüsusi diqqət çəkir. Avropa İran vasitəsilə Rusiyadan gələn ehtiyatlardan imtina etmək və Rusiyadan asılılığı nisbətən azaltmaq məqsədi güdür.

Bu gün Avropa rəsmiləri yaranmış qarşıdurma halında Rusiya ilə əməkdaşlığın qeyri-mümkünlüyünü vurğulayır. Onlar etiraf edirlər ki, belə bir vəziyyətdə Rusiya ilə iqtisadi əlaqə saxlamaq olmaz".

Politoloq hər bir halda bu razılaşmanın iqtisadi maraqdan çox, siyasi maraq kəsb etdiyini vurğulayıb:

"Ümumilikdə, İranın başlatdığı qaz kəməri layihəsi iqtisadi maraqdan çox, siyasi maraq kəsb edir. Burada əsas məqsəd Rusiyanı arxa plana çəkmək və yeni ehtiyatlardan istifadə etməkdir. Bu siyasət Rusiyadan asılı olmamaq məqsədi güdür".

Tarix
2015.02.11 / 08:45
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla