Yuxarı

Livan ordusu paytaxta nəzarəti ələ aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Livan ordusu paytaxta nəzarəti ələ aldı

Livan ordusunun mexanikləşdirilmiş patrul hissələri polis və etiraz hərəkatının fəalları arasında toqquşmalardan sonra Beyrutun mərkəzi rayonlarında bütün giriş-çıxışları bağlayıb.

Axar.az xəbər verir ki, Livan Prezidenti Mişel Aunun silahlı qüvvələrə müraciətindən sonra hərbi qulluqçular şəhərdə vəziyyəti nəzarətə götürmək əmri alıblar. Prezident ordunu və təhlükəsizlik qüvvələrini paytaxtın mərkəzində sakitliyi bərpa etməyə, dövlət müəssisələrinin və kommersiya strukturlarının mühafizəsini təmin etməyə çağırıb.

Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib ki, küçə toqquşmaları nəticəsində onlarla fəal xəsarət alıb. Onlardan 65 nəfəri xəstəxanaya yerləşdirilib, 100-dən çoxuna yerində yardım göstərilib. Etirazçılar da öz növbəsində qanun keşikçilərinə daş, içərisində yandırıcı maddə olan butulkalar, kəsici əşyalar atıblar. Nəticədə 60-a yaxın polis əməkdaşı yaralanıb, patrul maşınlarına ziyan dəyib.

Tarix
2020.01.19 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Məhkəmə qərarı: Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla