Yuxarı

Məşhur İŞİD-çinin arvadı FTB agenti çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur İŞİD-çinin arvadı FTB agenti çıxdı

Almaniyanın "Bild am Sonntag" qəzetinin yazdığına görə, məşhur İŞİD üzvü, almaniyalı reper Denis Kuspertin arvadı FBİ agenti imiş.

Avropa.info xəbər verir ki, Kuspertlə imam nikahı ilə evlənən qadın vəziyyətin özü üçün pisləşdiyini gördükdə Türkiyəyə qaçıb. Qəzet xəbəri alman və amerikan kəşfiyyat orqanlarına istinad edərək yazıb.

İŞİD-in yüksək səviyyəli üzvləri ilə tanış olmaq tapşırığı alan qadın tapşırığı yerinə yetirmək üçün Denis Kuspertə ərə gedib. Ələ keçəcəyini anlayanda qadın Türkiyəyə keçib. Lakin orada polis tərəfindən həbs olunub. Daha sonra FBİ-in köməyi ilə ABŞ-a aparılıb.

Abu Talha əl-Almani adını qəbul edən Denis Kuspert keçən həftə dünyanın ən təhlükəli terrorçuları siyahısına salınmışdı. FBİ agenti qadının ötürdüyü məlumatlar əsasında ABŞ Kuspertin adını siyahıya daxil edib.

Tarix
2015.02.16 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla