Yuxarı

Koronavirusdan ölənlərin sayı 723-ə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusdan ölənlərin sayı 723-ə çatdı

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, bu virus səbəbindən ölənlərin sayı isə 723 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur. İndiyədək 2055 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6101 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 345 min nəfəri müəyyən edib, onlardan 189 mini həkim nəzarətinə alınıb.

Ötən günün statistikasına əsasən, koronavirusa yeni yoluxanların ən çoxu virusun aşkarlandığı Hubey vilayətində qeydə alınıb - 2841 nəfər. Fevralın 7-də Çində qeydə alınan 86 ölüm faktının 81-i Hubey vilayətində, biri paytaxt Pekində, digərləri isə Xeyluncian, Xınan və Qansu vilayətlərində olub.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 276 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

Tarix
2020.02.08 / 09:38
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla